-
- 31-10-2018, 16:12
- 1 090
Azərbaycanda deputatlığa namizəd məhkəmə zalında həbs edildi
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əli Ağaevli və Fuad Kərimovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, F.Kərimov beş il, Ə.Ağaevli isə yeddi il müddətinə azadlıqdan məhrum edilib.
Hər iki şəxs məhkəmə iclas zalında həbs olunub.
Xatırladaq ki, zərərçəkmiş qismində Qabil Mehdiyevdir. Hər iki təqsirləndirilən şəxs ona qarşı 500 min manata yaxın dələduzluq etməkdə ittiham olunur.
Qeyd edək ki, “Hüquq, İqtisadiyyat və Sosial Tədqiqatlar” İnstitutunun direktoru, Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Məclisi sədrinin birinci müavini, sülh səfiri olmuş Ə.Ağaevli 2010-cu və 2015-ci illərdə Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Siyasi Şurası tərəfindən 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürüb.
O, həmçinin 2013-cü ildə “Yeni İslahatçılar” Təşəbbüs Qrupu tərəfindən prezidentliyə namizədliyini irəli sürüb, lakin sonradan Mərkəzi Seçki Komissiyasında ərizəsini geri götürüb.
Məlumata görə, Ə.Ağaevli Əli Hacı imzası ilə sufi şairdir.
Hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməyib.
//Oxu.az