"Rusiya zərbələri davam etdirərsə, gəmisiz qala bilər"- Zelenski
    • 7-08-2023, 22:02
    • 252

"Rusiya zərbələri davam etdirərsə, gəmisiz qala bilər"- Zelenski

"Kreml Ukrayna limanlarına hücumları davam etdirməyə qərar verərsə, Rusiya gəmiləri müharibə bitməmiş məhv edilə bilər".

News24.az "La Nacion"a istinadən xəbər verir ki, bunu Latın Amerikası mediasına müsahibəsində Ukrayna Prezidenti Voldimir Zelenski deyib .

Dövlət başçısı xatırladıb ki, Rusiya Qara dənizi və xüsusən də Ukraynanın ərazi sularını bağlayıb. Ona görə də indi ölkəmiz sübut etməlidir ki, öz ərazi sularında mal idxal və ixrac etmək hüququ var.

"Rusiya Qara dənizdə hökmranlıq etməkdə və raketlərlə onun qarşısını almaqda davam edərsə, o zaman Ukrayna da eyni şeyi edəcək, bu, bizim imkanlarımızın ədalətli müdafiəsidir”, - deyə Zelenski vurğulayıb.

Leyla SƏMƏNDƏR