PSJ Portuqaliya millisinin hücumçusunu icarəyə götürüb
    • 7-08-2023, 23:37
    • 447

PSJ Portuqaliya millisinin hücumçusunu icarəyə götürüb

Fransanın PSJ komandası heyətini yeni futbolçu ilə gücləndirib.

News24.az-ın məlumatına görə, Paris təmsilçisi Portuqaliya millisi və "Benfika"nın hücumçusu Qonsalu Ramuşu icarəyə götürüb. 22 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.

İddiaya görə, PSJ gələn ilin yayında gənc oyunçunu 80 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Qonsalu Ramuş indiyədək "Benfika"nın heyətində 105 oyuna 41 qol vurub və 6 məhsuldar ötürmə edib. O, ötən mövsüm Lissabon təmsilçisinin heyətində Portuqaliya çempionu olub.

Hücumçu 2022-ci ildə Qətərdə keçirilmiş dünya çempionatında 4 matçda meydana çıxıb və 3 dəfə fərqlənib.