Xızıda polis əməkdaşı avtomobil qəzasında ağır yaralandı
    • 8-08-2023, 11:12
    • 160

Xızıda polis əməkdaşı avtomobil qəzasında ağır yaralandı

Xızıda polis əməkdaşı avtomobil qəzasında ağır yaralanıb.

News24.az xəbər verir ki, 34 yaşlı Məmməd Kərimov iki avtomobilin toqquşması nəticəsində ağır bədən xəsarətləri alıb. 

O, xəstəxanaya çatdırılıb. M.Kərimova qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

Məmməd Kərimov polis əməkdaşıdır.