Putin Türkiyədə HƏBS OLUNACAQ?
    • 8-08-2023, 13:03
    • 545

Putin Türkiyədə HƏBS OLUNACAQ?

Rusiya prezidenti Vladimir Putinin bu ayın sonunda Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir. Lakin bir məsələ var ki, Beynəlxalq Cinayət Məhkəməsi mart ayında Putinin həbsi ilə bağlı order verib və eyni zamanda  Türkiyə Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini təsdiqləyib. Belə olan halda Putin Türkiyənin əraqisinə daxil olan kimi dərhal həbs edilməlidir.

Bəs onda bu məsələ necə həllini tapacaq?

News24.az xəbər verir ki, mövzu ilə bağlı RTV-yə danışan Türkiyəli siyasi şərhçi İsmail Cingözün sözlərinə görə,  “Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə səfəri zamanı həbs olunası ehtimalı sıfıra bərabədir”. 

O bildirdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə Ankaraya gələcək Kreml rəhbərinin həbs olunmayacağına ən yüksək səviyyədə təminat verilib:

“Vladimir Putini ölkəmizə bilavasitə Prezident Rəcəb Tayyib Ərdoğan dəvət edib. Bu, elə də adi bir məsələ deyil. Putin Rusiyanın lideridir. Digər tərəfdən son zamanlar ölkələrimiz arasındakı münasibətlər vacib mərhələyə qədəm qoyub. Türkiyənin qoşulduöu hər hansı beynəlxalq müqaviləyə baxmayaraq, strateji sahələrdə birgə fəaliyyətin həyata keçirilməsi və ölkəmizin “Taxıl dəhlizi” kimi qlobal məsələni  diqqətdə saxlaması da vacib nüanslardandır. Onu da qeyd edim ki, Rusiya prezidenti Türkiyəyə səfəri zamanı təhlükəsizliyinə təminat alıb. Hər iki ölkə rəhbərinin görüşündə təkcə ikitərəfli münasibətlər deyil, Cənubi Qafqazda vəziyyət, Qarabağ məsələsi, Rusiya-Ukrayna münaqişəsi, Qara dəniz və s. qlobal məsələlər də müzakirə olunacaq”.

Qeyd edək ki, səfərin bu ay ərzində reallaşacağı gözlənilsə də, dəqiq tarix müəyyənləşməyib. 

Fərid Azəri