Novruzda Əfv olacaq
    • 5-03-2019, 18:09
    • 841

Novruzda Əfv olacaq

Novruz bayramı ərəfəsində Əfv Sərəncamı olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasından News24.Az-a verilən məlumata görə, Novruz bayramı ərəfəsində məhbus ailələr sevinəcək. Amma Sərəncamın hansı məhbuslara şamil olunacağı hələ ki məlum deyil.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda indiyədək 600-ə yaxın müraciətə baxılıb, növbəti iclaslarda müraciətlərin qalan hissəsinə baxılması da nəzərdə tutulur.

Sevinc Yasinqızı