Zəngin balaları pulu küçələrə səpələdilər - VİDEO
    • 25-07-2018, 16:55
    • 902

Zəngin balaları pulu küçələrə səpələdilər - VİDEO

Peterburqda baş vermiş bir hadisənin görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. 

News24.az xəbər verir ki, bir qrup yeniyetmə avtomobilə doluşub və yol gedərkən açıq pəncərədən küçəyə dollar səpir.

 Görüntüdən onların zəngin ailələrin övladları olduğu görünür.

Uşaqlardan biri Paşa Durovun Neva prospektinə 5 min dollar səpdiyini deyilir. Onlar küçədəki adamlara kinayə ilə “adamciyəzlər, alın yüz dollarları” deyə lağ edirlər. Görüntülər cəmiyyətin narazılığı ilə qarşılaşıb.

Hazırda uşaqların kimliyi müəyyənləşdirilir.


İlhamə