Dərslər sentyabrın 1-i başlayacaq? - RƏSMİ AÇIQLAMA
    • 8-08-2023, 16:07
    • 676

Dərslər sentyabrın 1-i başlayacaq? - RƏSMİ AÇIQLAMA

Azərbaycanda bu il dərslərin sentyabrın 1-i başlaması ilə bağlı fikirlər səsləndirilir. Hətta iddia edilir ki, bəzi məktəb direktorları bununla bağlı müəllimlərə məlumat verib.

Bəs, sosial şəbəkələrdə yayılan bu məlumatlar nə dərəcədə doğrudur? Mövzu ilə Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıqlama verib. 

Qurum rəsmisi bu məlumatın doğru olmadığını deyib:

"Tamamilə yanlış məlumatdır. Bu il dərslər 15 sentyabr tarixində başlayacaq”./Azxeber.com/