-
- 8-08-2023, 17:48
- 438
Putin Qərblə bağlı yeni qərarını açıqladı
Rusiya prezidenti Vladimir Putin Ukrayna müharibəsi səbəbindən gərginlik yaşadığı Qərb ölkələri ilə bağlı yeni qərarını açıqlayıb.
News24.az rus mətbuatına istinadla xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin qərb dövlətləri ilə vergi müqavilələrində "dost olmayan ölkələr" adlandırılan bəzi müddəaları ləğv edib.
Putinin imzaladığı qərara əsasən, qeyri-dost ölkələrlə əldə olunan gəlirlərə və aktivlərə ikiqat vergitutmanı əhatə edən sazişlərin müddəaları ləğv edilib.
Rusiya hökumətinə sözügedən müddəaların ləğvinin iqtisadiyyata təsirini azaltmaq tapşırıldığı fərmanda Rusiya Xarici İşlər Nazirliyinə də ləğvetmələr barədə lazımi məlumatları müvafiq ölkələrə təqdim etmək tapşırılıb.
Qərb ölkələri Ukrayna müharibəsinə görə Rusiyaya qarşı hərtərəfli sanksiyalar tətbiq edərkən, Rusiya da bu ölkələrə qarşı sanksiyalar tətbiq edir.
Aydan