"iPhone" dizaynını dəyişəcək
    • 9-08-2023, 10:09
    • 303

"iPhone" dizaynını dəyişəcək

Uzun illərdən sonra ilk dəfə "iPhone" dizaynını dəyişəcək.

News24.az xəbər verir ki, "iPhone" iOS 17 əməliyyat sisteminin yeni versiyasında zəngi bitirmək düyməsinin yeri dəyişdiriləcək. 

Bunun son vaxtlar "iPhone" üçün əhəmiyyətli yeniləmələrdən biri olduğu deyilir. Əvvəllər ekranın aşağı mərkəzində olan zəngi bitirmə düyməsi sağ alt küncə köçürüləcək. 

Zəng zamanı zəngi dinamika qoymaq, mikrofonu yandırmaq və ya zəngə iştirakçıları əlavə etmək kimi digər idarəetmələr də aşağıya köçürüləcək.

Qumral