Maşın evin ikinci mərtəbəsinə girdi FOTO
    • 9-08-2023, 12:21
    • 124

Maşın evin ikinci mərtəbəsinə girdi FOTO

ABŞ-ınPensilvaniya ştatında maşın ikimərtəbəli evin ikinci mərtəbəsinə girib.

News24.az xəbər verir ki, əraziyə gələn “Junction Fire Company” adlı yanğınsöndürənlər avtomobilin binanın ikinci mərtəbəsində asılı vəziyyətdə olduğunu görüblər.

Avtomobil evdən çıxarılarkən təcili yardım briqadaları binanın çökməsinin qarşısını almaq üçün onu gücləndirib.Sürücü avtomobildən düşüb və xəstəxanaya aparılıb. Evdəkilərin xəsarət almadığı açıqlanıb.

Yanğınsöndürənlər evin qarajının qarşısındakı maneəyə dəyən avtomobilin havaya atıldığını bildiriblər.

Mövzu ilə bağlı araşdırma başlatan Pensilvaniya əyalət polisi, toqquşmanın qəza olmadığını düşündüklərini açıqladı.Səlahiyyətlilər bildiriblər ki, araşdırmalar nəticəsində hadisənin qəsdən törədildiyi qənaətinə gəliblər.

Aydan