Lənkəranda ikimərtəbəli ev yandı
    • 12-06-2023, 10:07
    • 178

Lənkəranda ikimərtəbəli ev yandı

Lənkəran şəhərində ümumi sahəsi 160 m² (hər mərtəbəsi 80 m²) olan ikimərtəbəli 5 otaqlı evin 1-ci mərtəbəsində mətbəxin tavanı 10 m² sahədə, 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşın yanıb.

Fövqəladə Hallar Nazirliyindən News24.az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.