Hacı Şahinin heykəlini kim düzəldib? - Sifariş, yoxsa...
    • 9-08-2023, 13:33
    • 304

Hacı Şahinin heykəlini kim düzəldib? - Sifariş, yoxsa...

Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəlinin hazırlandığı barədə məlumat vermişdik. Bəs heykəl kim tərəfindən, kimin sifarişi ilə hazırlanıb?

News24.az-ın məlumatına görə, bu barədə din xadiminin köməkçisi Qədir Publika.az-a danışıb. Bildirib ki, bununla bağlı dəqiq məlumatları yoxdur:

“Heykəlin kim tərəfindən hazırlanması ilə bağlı məlumatım yox idi. Özüm də sosial mediada görmüşəm. Heykəl həvəskar tərəfindən düzəldilib. Ailənin sifariş etdiyini zənn etmirəm. Ona görə də harasa qoyulacağı haqqında dəqiq məlumat yoxdur”.

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.