Hacı Şahinin oğlu atasının heykəlindən danışdı
    • 9-08-2023, 18:12
    • 831

Hacı Şahinin oğlu atasının heykəlindən danışdı

Xəbər verdiyimiz kimi, mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin heykəli hazırlanıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb və geniş müzakirə yaradıb.  Bəzi istifadəçilər heykəlin mərhum Hacı Şahinə bənzəmədiyini vurğulayıblar. 
 
News24.az xəbər verir ki, məsələ ilə bağlı "Sherg.az"a danışan Hacının oğlu Hüseyn Həsənli bildirib ki, heykəli onlar hazırlatdırmayıb:
 
"Bizə aidiyyəti yoxdur. Kimin hazırlatdırdığı haqqında isə məlumatlı deyiləm. Kimsə özü üçün edib. Problemli bir şey deyil". 

Qeyd edək ki, “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.