Finlandiya NATO-ya rəsmi inteqrasiyanı başa çatdırıb
    • 13-06-2023, 00:57
    • 195

Finlandiya NATO-ya rəsmi inteqrasiyanı başa çatdırıb

Finlandiya NATO-ya hərbi inteqrasiya haqqında bəyannamə imzalayıb.

News24.az xəbər verir ki, bəyannamənin imzalanması mərasimi Finlandiya Prezidenti Sauli Niinistönin iştirakı ilə baş tutub.

Qeyd olunub ki, formal mərhələ başa çatsa da, NATO ilə hərbi inteqrasiya uzun illər davam edəcək.

Xatırladaq ki, Finlandiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə cavab olaraq neytrallıqdan əl çəkib və Alyansa aprelin 4-də üzv olub.