Rihanna ikinci dəfə ANA OLDU
    • 10-08-2023, 19:52
    • 524

Rihanna ikinci dəfə ANA OLDU

Barbadoslu müğənni Rihanna ikinci dəfə ana olub.

News24.az xəbər verir ki, bu barədə "Media Take Out" məlumat yayıb. 

Rihannanın qız övladı dünyaya gəlib. Nəşrin məlumatına görə, ulduz artıq xəstəxanadan çıxıb və hazırda  Los-Ancelesdəki malikanəsindədir.  

Qeyd edək ki, Rihannanın 2022-ci ilin may ayında oğlu olmuşdu.  

Xatırladaq ki, Rihanna karyerasına 2005-ci ildə başlayıb. Ulduz səkkiz Qremmi, altı Amerika Musiqi Mükafatı və xüsusi İkon Mükafatı, həmçinin 18 Billboard Musiqi Mükafatı qazanıb.
Günəş Mərd