Cavan qalmaq üçün 8 QAYDA
    • 11-08-2023, 00:25
    • 296

Cavan qalmaq üçün 8 QAYDA

Hər bir insan cavan qalmağı sevir. 

News24.az cavan qalmağın 8 vacib qaydasını təqdim edir.  

1. Bədəninizi su ilə təmin edin. O zaman ki, bədən kifayət qədər su qəbul etmir, daha çox kişmişə bənzəyər, nəinki yetişmiş üzümə. Ona görə də gün ərzində kifayət qədər su içmək lazımdır. Gərək heç vaxt susuzluq hiss etməyəsən. Sulu meyvələr yeməyə çalışın.

2. Fəal olun. İdman etmək qocalığın qarşısını alır. Ancaq yaxşı olar ki, yüngül və nizamlı idman edəsəniz. Bədəninizi çox gücə salmayın. Davamlı olan yüngül idmanlar sizə daha çox fayda verər.

3. Kofeinin miqdarını azaldın. Mütəxəssislərin nəzərinə görə kofein bədəni tez qocaldar. Ona görə də kofeinin miqdarını azaltmağa çalışın.

4. Daha çox yatmağa çalışın.
Əlbəttə məqsədimiz bu deyil ki, günortaya qədər yatasınız. Yəni, əgər gün ərzində 6 saat yatırsınızsa, çalışın ki, bu vaxtı bir az artırasınız. Çünki yuxu zamanı bədəninizin çatışmamazlıqları bərpa olur və müalicə olur. Bu zaman həm özünüzü gümrah hiss edərik və həm də zahirimiz daha təravətli olar. İnsan yatan zaman boğazından tutmuş üz hüceyrələrinə qədər hamısı bərpa olar.

Günorta zamanı qısamüddətli mürgüləmə də sizə enerji əldə etməyə yardım edər. Yuxusuzluq sizi əldən salar və tez xəstələnməyiniz üçün şərait yaradar. Əgər kifayət qədər yatmasınız, immun sisteminiz də zəifləyər.

5. Yarpaqlı tərəvəz yeyin. Yarpaqlı tərəvəz yeməkdən qafil olmayın. Tərəvəz suyu içmək daha faydalıdır. Yemək süfrəsində həmişə bu cür tərəvəzləri yaddan çıxartmayın. Kələmin müxtəlif növləri bu tərəvəzlərə aiddir.

6. Anti-oksidan olan yeməklərdən istifadə edin. Meyvə və tərəvəzin tərkibində bu maddələr çoxluq təşkil edir. Bu maddə bədənin hüceyrələrinin ölməsinin qarşısını alır. Xırda meyvələrdən, qoz, sarıkök, darçından daha çox istifadə edin.

7. Hər gün təmiz hava almağa çalışın.
Əksər insanlar vaxtlarının çox hissəsini dörd divar arxasında keçirirlər. Halbuki, bədənimizin təmiz havaya ehtiyacı vardır. Ona görə də hər gün havada piyada yeriməyə çalışın və ya velosiped sürün.

8. Gündəlik işlərinizdən ləzzət almağa çalışın. Gündəlik işlər sizi yoran zaman dərin bir nəfəs alın və bu nəfəs sizin stress və yorğunluğunuzu aradan aparacaqdır. Gördüyünüz işlərdən ləzzət almağa başlayacaqsınız. (Deyerler.org)