-
- 11-08-2023, 13:41
- 549
Narkotik alverində təqsirləndirilən şəxs AZADLIĞA BURAXILDI
Bakı Ağır Cinayətlər Məhkəməsimdə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs olunan İsa Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ. Cavadovun cinayəti sübuta yetirilmədiyi üçün bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, təqsirləndirilən şəxs İ. Cavadov Bakıda hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. İsa Cavadovun üzərindən 20 qrama yaxın heroin aşkar olunaraq götürülüb.
Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-( narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddəsi ilə ittiham elan olunub.
Samir Əli