Məşhur ticarət mərkəzi CƏZALANDIRILDI- FOTOLAR
    • 11-08-2023, 14:02
    • 397

Məşhur ticarət mərkəzi CƏZALANDIRILDI- FOTOLAR

Gəncə şəhəri, V.Xuluflu küçəsi 77 ünvanında fəaliyyət göstərən, “Gəncə Bazar Store” MMC-yə məxsus “Grand Qafqaz” ticarət mərkəzində planlı yoxlama keçirilib.

Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) News24.az-a verilən məlumata görə, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyənləşib.

Eyni zamanda, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, gigiyena qaydalarına ciddi riayət olunmadığı, süd və süd məhsullarının antisanitar vəziyyətdə yerdən yığılaraq saxlanıldığı, satışı həyata keçirilən qida məhsullarının yararlılıq müddətinə riayət edilmədiyi, kərə yağı adı altında istehlakçılara bitki tərkibli spred yağların (Almaniya, Yeni Zelandiya, Moskva, Ancor)  təqdim edildiyi aşkarlanıb.
Yoxlama zamanı, həmçinin qida məhsullarının emalı yerlərinin, qida məhsulları ilə təmasda olan səthlərin təmirli vəziyyətdə olmadığı və dezinfeksiya işlərinin aparılmasına imkan verəcək şəkildə qurulmadığı, satışı həyata keçirilən ət məhsullarının mənşəyinin məlum olmadığı, işçilərin xüsusi geyimlə təmin edilmədiyi müəyyən olunub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.