Azərbaycanda tarixi klub yenidən fəaliyyətə başladı
    • 12-08-2023, 12:57
    • 366

Azərbaycanda tarixi klub yenidən fəaliyyətə başladı

«Şahdağ» bir neçə illik fasilədən sonra fəaliyyətini bərpa edib.

News24.az xəbər verir ki, Qusar klubu növbəti mövsümdən Region Liqasında mübarizə aparacaq.

Şimal təmsilçisi bununla bağlı AFFA-nı məlumatlandırıb.

«Şahdağ» rayonun İcra Hakimiyyəti və yerli iş adamları tərəfindən dəstəklənir.

Eyni zamanda, «Azərenerji»ASC-nin sabiq prezidenti Etibar Pirverdiyev də komandaya maliyyə ayırmağa razılıq verib.

Məqsəd Region Liqasında çempion olub, II Liqaya vəsiqəə qazanmaqdır. /SPORTİNFO.AZ/