"Baku Medical Plaza"da 5 aylıq körpə öldü
    • 28-06-2018, 17:00
    • 3 515

"Baku Medical Plaza"da 5 aylıq körpə öldü

"Baku Medical Plaza"da 5 aylıq körpə dünyasını dəyişib.

Bu haqda uşağın nənəsi Mustafayeva Sona xəbər verib:

"Nəvəmi 3 gün bundan öncə halsız şəkildə buraya gətiriblər. Komaya düşmüşdü. Həkimlər 2500 manat gətirməyimizi dedilər. Gəlinim qızıllarını satdı, qonşulardan borc götürdü pulu köçürtdü. Dedilər ki, hələ bundan sonra 10 min manat da ödəniş etməliyik. Türkiyəyə göndərib analiz göndərib əkdirəcəyik. Guya genetik xəstəliyi var imiş. Amma 9 ay ərzində ana bütün həkimlərdən keçib".

Teymur Məmmədov