-
- 28-06-2018, 18:47
- 1 095
Baku Medical Plazadan 5 aylıq körpənin ölmü ilə bağlı- AÇIQLAMA
“Bakı Medical Plaza” klinikasında 5 aylıq körpə dünyasını dəyişib. Bu barədə körpənin nənəsi Mustafayeva Sona xəbər verib. S. Mustafayeva bildirib ki, uşağın meyidini təhvil almaq üçün onlardan 10 min manat tələb edirlər : "Nəvəmi 3 gün bundan öncə halsız şəkildə buraya gətiriblər. Komaya düşümüşdü. Həkimlər 2500 manat gətirməyimizi dedilər. Gəlinim qızıllarını satdı, qonşulardan borc götürdü pulu köçürtdü. Dedilər ki, hələ bundan sonra 10 min manat da ödəniş etməliyik. Türkiyəyə göndərib analiz əkdirəcəyik. Güya genetik xəstəliyi var imiş. Amma 9 ay ərzində ana bütün həkimlərdən keçib".
Bununla bağlı “Baku Medical Plaza”nın əməkdaşı ilə əlaqə saxladıq. O, 10 min AZN-nın yalan məlumat olduğunu söylədi: "Əvvvəlcə 2000 AZN pul aldıq. Sonra da 2200 AZN borcları qalmışdır. Uşaq dünyasını dəyişdiyi üçün o pulu da almadıq. Hətta istəyirsizsə atasıyla da əlaqə saxlaya bilərsiz” deyən doktor körpənin valideynlərinin əlaqə nömrəsini bizə verdi.
Körpənin atası Ramin Müstafayev məsələyə belə münasibət bildirib: "Uşağı xəstəxanaya apardıqda o, komadaydı. Həyatda qalma şansı az idi. Bunu bilirdik. Biz qohum evliliyi qurmuşuq. Bizə dedilər ki, genetik problemlərə görə, uşaqda metabolizm çatışmazlığı var. Körpəmizin tələf olmasına səbəb də budur. Hətta həkimlər bizə dedi ki, 10% qalma şansı var.
Biz əvvəl kilinikaya 2000 AZN pul ödəmişdik. 2200 AZN də dedilər borcunuz var, amma o pulu da bizə bağışladılar. Bizim kilinikayla bağlı heç bir şikayətimiz yoxdur”.
R. Mustafayev körpənin meyidinin 10 min AZN müqavilində geri qaytarlılması məsələsinə də aydınlıq gətirib: “Elə bir şey olmayıb, bunlar hamısı yalandır”.
Elvin Nüsrətoğlu//News24.az