“Liverpul” Londondan bir xalla qayıdıb
    • 13-08-2023, 21:41
    • 330

“Liverpul” Londondan bir xalla qayıdıb

İngiltərə Premyer Liqasının birinci turunun mərkəzi qarşılaşması paytaxt Londonda baş tutub.

News24.az-ın məlumatına görə, “Çelsi” doğma meydanda “Liverpul”u qəbul edib.

“Qırmızılar”ın üstünlüyü ilə başlayan matçda hesab 18-ci dəqiqədə açılıb. Luis Dias misirli Məhəmməd Salahın dəqiq ötürməsindən sonra mersisaydlıları irəli çıxarıb. 29-cu dəqiqədə Salah topu qapıya göndərsə də, lakin VAR-a baxıldıqdan sonra qol ofsayd səbəbindən ləğv edilib. Birinci hissənin sonlarına doğru “zadəganlar”ın təzyiqi artırması hesaba da yansıyıb. 36-cı dəqiqədə “mavilər”in yeni müdafiəçisi Aksel Disasi hesabı bərabərləşdirib. 39-cu dəqiqədə Ben Çiluell qapıçı Alissonu məyus etsə də, VAR-a baxıldıqdan sonra qol ləğv edilib.

Oyunun qalan vaxtı London klubunun üstünlüyü ilə keçib, lakin tərəflərdən heç biri fərqlənə bilməyib. Beləliklə, matç 1:1 hesabı ilə başa çatıb.