"Qarabağ" "Legiya"nı DARMADAĞIN EDİB
    • 1-10-2020, 23:56
    • 956

"Qarabağ" "Legiya"nı DARMADAĞIN EDİB

Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" - "Legiya" görüşü baş tutub.

News24.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sına 3:0 hesabı ilə qalib gəlib.

Oyun əvvəldən sonadək "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Lakin ilk yarıda qol imkanlarından yararlanmaq mümkün olmayıb. Əvəzində Azərbaycan komandası ikinci hissəyə qolla başlayıb. 50-ci dəqiqədə Ovusu Kvabenanın ötürməsindən sonra Patrik Andrade hesabı açıb. Hücumlarını davam etdirən Ağdam komandası 62-ci dəqiqədə yenidən fərqlənib. Bu dəfə Zubir rəqib müdafiəçilərini təkbaşına arxada qoyaraq, Artur Borutsu da məğlub edib. Oyunda son nöqtəni isə 70-ci dəqiqədə Andradenin ötürməsindən sonra qüvvətli zərbə ilə Filip Ozobiç qoyub. 

"Qarabağ" bu qələbə ilə Avroliqanın qrup mərhələsinə yüksəlib.