İsmayıllıda avtomobil 66 yaşlı kişini vuraraq öldürdü
    • 14-08-2023, 02:02
    • 216

İsmayıllıda avtomobil 66 yaşlı kişini vuraraq öldürdü

İsmayıllıda avtomobil piyadanı vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan News24.az-a bildirilib ki, dünən axşam saatlarında İsmayıllı şəhəri ərazisində Azad Şalbuzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1957-ci il təvəllüdlü Məmmədov Sədiyar Əziz oğlunu vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanada vəfat edib.

Faktla bağlı cinayət işi başlanılıb.