“Survivor”un iştirakçısı ölümlə hədələnir
    • 6-04-2019, 12:57
    • 1 189

“Survivor”un iştirakçısı ölümlə hədələnir

“Survivor” iştirakçısı Berna Keklikler ölümlə hədələnir.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, yarışmanın keçmiş iştirakçısı B.Keklikler ona gizli nömrədən zəng edərək “Yaşadığın evə girə bilməzsən. Səni biabr edərəm, öldürərəm” deyən şəxs barəsində polisə şikayət edib.

Həmin şəxs Berna Kekliklere mesaj yazaraq telefon nömrəsini yayacağını və onu biabr edəcəyini də deyib. Məşhurun şikayətindən sonra polis məşhuru təhdid edən şəxsin axtarışlarına başlayıb.