Əfqan qadınlar Talibana etiraz edirlər
    • 14-08-2023, 12:02
    • 899

Əfqan qadınlar Talibana etiraz edirlər

Talibanın qadınlara qarşı qadağanedici tətbiqlərindən sonra əfqan qadınlar küçədə və internetdə etiraz aksiyası keçirirlər.

News24.az Türkiyənin "Yeni Çağ" nəşrinə istinadla xəbər verir ki, Əfqanıstandakı Taliban rejimi iyul ayında bütün qadın gözəllik salonlarının bir ay ərzində bağlanmalı olduğunu elan etdikdən sonra, bir qrup qadının Kabildə küçələrdə və evlərində “Çörək, ədalət, iş” yazılmış çoxlu pankartlarla etiraz etdiyi görünür.

Nəticədə qadınlar Talibana qarşı çıxmaq üçün küçələrə çıxdılar və zorakılıqla basqılar artdıqca etirazlarını qapalı məkanlarda və internetdə keçirdilər.
“WhatsApp” və “Telegram” qrupları vasitəsilə təşkil edilən əfqan qadınlar etiraz aksiyalarının foto və videolarını Facebook, Instagram və əvvəllər Twitter hesablarında yerləşdirərək, diqqəti böhranın ağırlaşmasına yönəldiblər və beynəlxalq hüquq qruplarına sui-istifadələri və Talibana qarşı müxalifəti sənədləşdirməyə imkan veriblər.

Aydan