XİN Pakistanı təbrik ETDİ
    • 14-08-2023, 12:36
    • 184

XİN Pakistanı təbrik ETDİ

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

News24.az xəbər verir ki, bununla bağlı Azərbaycan XİN-in "Twitter" hesabında paylaşım edilib.

"Müstəqillik Günü münasibəti ilə Pakistan hökumətinə və qardaş xalqına ən xoş və səmimi arzularımızı çatdırırıq. İkitərəfli əlaqələrimizi, strateji tərəfdaşlığımızı genişləndirməyi səbirsizliklə gözləyirik", - bildirilib.