Tanınmış müğənni çürüməsindən DANIŞDI
    • 14-08-2023, 12:52
    • 547

Tanınmış müğənni çürüməsindən DANIŞDI

Müğənni Slava doğuşdan sonra iki həftə ərzində çürüyən plasenta ilə gəzib.

News24.az xəbər verir ki, bu barədə müğəninin özü məlumat yayıb.

“Doğum vaxtı huşumu itirməyə başladım. Həkimlər mənə dedi ki, bacarmayacaqsan. Lakin möcüzə olacağına inanırdım", -deyə Slava bildirib.

Doğuş həkimləri Slavanın qızını tuta bilsələr də, müğənninin özünün reanimatoloqların köməyinə ehtiyacı olub.

İfaçı qeyd edib ki, doğuşdan sonra özünü daha pis hiss etməyə başlayıb: çənəsi sıxılıb, iştahı itib və bütün bədəninin damarların şişib. Həkimlər Slavanın doğuşdan sonrakı depressiyadan əziyyət çəkdiyinə inanıb. Lakin müayinə zamanı məlum olub ki, həkimlər ulduzun içində çürüməyə başlayan plasenta qoyublar.

“Növbəti tibbi müayinəyə gedəndə mənə dedilər ki, plasentanın bir parçası içimdə çürüyür. Bu vəziyyətdə necə sağ qalmağım bütün həkimlər üçün heyrətamiz idi. İki həftə çürüdüm, sadəcə çürüdüm ", deyə Slava deyib.

Aynurə