-
- 21-12-2022, 17:26
- 300
Uşaq dünyaya gətirmək üçün ən ideal yaş həddi açıqlandı
"Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə görə, qadınların uşaq dünyaya gətirmək üçün ən ideal yaş dövrü 18-35 yaş aralığıdır.
ÜST-ün bir vacib tövsiyəsi də ondan ibarətdir ki, doğuşdan növbəti hamiləliyə qədər 2 il fasilə verilməlidir. Hər doğuşdan sonra ananın potensialı zəifləyir. Çünki qadın bədənində olan bütün qiymətli maddələri bətnində daşıdığı dölə ötürür. Orqanizm doğuşdan sonrakı iki ildə özünü bərpa edir. Həm də bu müddət ərzində doğulan uşağı ana südü ilə qidalandırmaq çox vacib amillərdən biridir".
News24.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Monitorinq və təhlil şöbəsinin həkim-metodisti Afət Məmmədova deyib.
Qumral ƏLİYEVA