Dünyada düyü BAHALAŞACAQ
    • 14-08-2023, 13:16
    • 260

Dünyada düyü BAHALAŞACAQ

Dünyada düyünün qiyməti bahalaşa bilər. 

News24.az "Lenta.ru"ya istinadən xəbər verir ki, Çində daşqınlar səbəbindən ölkənin əsas kənd təsərrüfatı rayonları su altında qalıb. Nəticədə bir il ərzində məhsuldarlığın azalacağı proqnozlaşdırılır.  

Məlumata görə, dünyanın ən böyük düyü istehsalçısının şimal-şərq bölgəsi Doksuri tayfunu ilə üzləşib. Ölkə Doksuri tayfunundan sonra Hanun qasırğası səbəbindən növbəti sellə üzləşib. Daşqınlar ölkənin düyü istehsalının 23 faizini təşkil edən üç əyalətə təsir edib. İstehsalın azalması ilə əlaqədar Çində taxılın maya dəyəri artacaq və onun öz məhsulu kifayət etməsə, ölkə düyü idxal etməli olacaq ki, bu da dünya qiymətlərinin daha da artmasına səbəb ola bilər.

Qumral