“Bakı Metropoliteni” işçi AXTARIR
    • 14-08-2023, 16:59
    • 305

“Bakı Metropoliteni” işçi AXTARIR

“Bakı Metropoliteni” QSC mühasib, elektronçu, elektrik qaz qaynaqçısı və tornaçı peşə və vəzifələrinə vakansiya elan edir.

Qurumdan News24.az-a  verilən məlumata görə, mühasib peşəsi süzrə vakant yerə iddialılar maliyyə-mühasibat uçotu üzrə ali təhsilə malik olmalı, “1 C”, “Excel” proqramlarını mütləq bilməli, vergi qanunvericiliyi haqqında bilikləri olmalı və müvafiq sahə üzrə sertifikatlara malik olmalıdır.

Elektronçu vəzifəsinə/peşəsinə işə qəbul olunmaq üçün ali təhsillilər müvafiq sahə üzrə kurs keçməsi barədə sənədi təqdim etməli, orta-texniki təhsillilər isə sahə üzrə ən azı 3 il iş stajına malik olmalıdırlar.

Elektrik qaz qaynaqçısı və tornaçının iş təcrübələri, həmçinin müvafiq sahə üzrə vəsiqə və ya sertifikatları olmalıdır. 

Elektron ərizələr “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (https://metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.

Müraciətlər 15 avqust 2023-cü ildən qəbul olunur. Ərizə forması doldurularkən, “işləmək istədiyiniz işin adı” xanasına vəzifənin və ya peşənin adı (məsələn, mühasib; elektronçu; elektrik qaz qaynaqçısı; tornaçı) mütləq qaydada qeyd olunmalıdır.

Ərizə formaları proqramlaşdırılmış qaydada avtomatik qeydə alınır. Bu səbəbdən sadalanan peşə və ya vəzifənin adı qeyd olmayan ərizələr CV bankına daxil olmur.