Daha bir əfsanə öldü: Onu Tofiq Bəhramovla nə bağlayırdı?
    • 21-05-2024, 19:30
    • 339

Daha bir əfsanə öldü: Onu Tofiq Bəhramovla nə bağlayırdı?

Məşhur alman futbolçu Karl-Haynts Şnellinqer 85 yaşında dünyasını dəyişib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, əfsanə mayın 20-də Milanda San Raffaele Xəstəxanasında uzun sürən xəstəlikdən sonra vəfat edib.

Şnellinqer karyerası ərzində “Düren”, “Köln”, “Mantova”, “Roma”, “Milan” və “Borussiya Berlin” klublarında mərkəz müdafiəçisi kimi çıxış edib. O, Almaniya millisində 47 oyun keçirib və 1 qol vurub. 1966-cı il Dünya Kubokunun gümüş mükafatçısı, 4 il sonrakı mundialın isə bürünc mükafatçısıdır.

O, eyni zamanda Almaniya (1962) və İtaliya (1968) çempionu, İtaliya kubokunun dördqat (1964, 1967, 1972, 1973), Kuboklar kubokunun ikiqat (1968, 1973) qalibidir. Eyni zamanda, Çempionlar Kubokunu (1969) və Qitələrarası Kuboku (1969) qazanıb. 1962-ci ildə Almaniyada ilin futbolçusu seçilib.

Qeyd edək ki, DÇ-1966-nın finalında Qəri Almaniya yığması finalda ev sahibi İngiltərə ilə qarşılaşıb. Karl-Hayntsın Tofiq Bəhramovun idarə etdiyi və ingilislərin qalib gəldiyi tarixi görüşün (4:2) iştirakçısı olub.