"İspaniyanın erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir"
    • 15-08-2023, 00:19
    • 206

"İspaniyanın erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir"

İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir.

News24.az-ın məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə sosial media hesabında bildirib.

“Öz ərazisində separatizmlə mübarizə aparan bir ölkənin başqa ölkələrdə separatizmi dəstəklədiyini görmək qəribədir. İspaniyanın qanunsuz erməni separatçı rejimini təbliğ etməsi qəbuledilməzdir. Biz bu qeyri-konstruktiv yanaşmanı qətiyyətlə pisləyirik”, - XİN rəsmisi vurğulayıb.