İt uşağı ayıdan xilas etdi - ANBAAN VİDEO
    • 15-08-2023, 11:20
    • 362

İt uşağı ayıdan xilas etdi - ANBAAN VİDEO

Amerikanın Konnektikut ştatının Şerman şəhərində it dörd yaşlı uşağı ayıdan xilas edib.

News24.az xəbər verir ki, bu barədə WTNH məlumat yayıb.

İtin sahibi Qreqori Qrant bildirib ki, oğlu Qevin evin həyətində gəzərkən düz qarşısında qara ayı görüb. Balaca oğlan qorxub və qaçmağa başlayıb. Bu zaman uşağın köməyinə Ceyk adlı it gəlib. O, ayını həyətdən qovub. Hadisə anı müşahidə kamerası tərəfindən lentə alınıb.

Uşağın atası qeyd edib ki, it sonradan qəhrəmanlığa görə mükafatlandırılıb.

Aynurə