-
- 7-02-2023, 01:00
- 315
Hamilə qadın başından GÜLLƏLƏNDİ: uşağı xilas edildi
İspaniyada litvalı gənc qadın atışma zamanı öldürülüb.
Atışmada ölən 28 yaşlı qadın 9 aylıq hamilə olub. Qadın ölsə də, uşağı xilas edilib.
Hadisə fevralın 13-də İspaniyanın şərqindəki Kastellon əyalətində baş verib. Qadın başından yaralanıb. O, ağır vəziyyətdə Valensiyadakı xəstəxanaya aparılıb və orada dünyasını dəyişib.
Həkimlər onu qeysəriyyə əməliyyatı ediblər və hadisə şahidlərinin sözlərinə görə, bətnindəki qız uşağı xilas edilib. Uşağın vəziyyəti stabildir.
Polis hadisənin başvermə şəraitini araşdırır. Məlumata görə, Kastellonda atışma küçənin ortasında qruplaşma üzvləri arasında münaqişə zamanı baş verib. /Lent.az/