Güneyli jurnalist yenidən həbs edildi
    • 15-08-2023, 12:31
    • 235

Güneyli jurnalist yenidən həbs edildi

Güney azərbaycanlı jurnalist Nazilə Mərufian müvvəqəti olaraq azadlığa buraxıldıqdan bir gün sonra yenidən həbs olunub.

News24.az xəbər verir ki, onun həbsdən çıxdıqdan sonra hicabsız foto çəkdirərək sosial mediada azadlığa çıxması barədə məlumat verməsi səbəbi ilə saxlanıldığı ehtimal edilir. 

Qeyd edək ki, jurnalistin ilk həbsi “Qadın, Həyat, Azadlıq” şüarı altında xalq etirazları zamanı Məhsa Əmininin (keçən il “Əxlaq” polisi tərəfindən hicaba görə öldürülən 22 yaşlı gənc qız) atası ilə reportaj hazırlayıb dərc etməsinə görə olub. 

İkinci dəfə isə “rejim əleyhinə təbliğat aparmaq”da ittiham edilib.

Aynurə