Gədəbəydə azadlığa buraxılan şəxs 1 gün sonra həbs edildi
    • 24-06-2023, 11:36
    • 620

Gədəbəydə azadlığa buraxılan şəxs 1 gün sonra həbs edildi

Gədəbəy rayonunda həbsdən azadlığa buraxılan şəxs 1 gün sonra yenidən həbs edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, rayonun Qumlu kənd sakini olan 1981-ci il təvəllüdlü Asim Qasımov iyulun 19-da inzibati həbs müddətinin başa çatması ilə əlaqədar Gədəbəy RPŞ-nin Müvəqqəti Saxlanma Yerindən azadlığa buraxılıb. O, dərhal yaşadığı Qumlu kəndinə gedib və orada həyat yoldaşı və qayınanası ilə sərxoş vəziyyətdə mübahisə edib. A.Qasımovun səs-küy salaraq söyüş söyməsindən sonra həyat yoldaşı DİN-in 102 xidmətinə zəng edib. 

Bundan sonra A.Qasımov yenidən polis şöbəsinə aparılıb. Onun barəsində inzibati protokol tərtib edilib. İyunun 20-də Gədəbəy Rayon Məhkəməsinin qərarı ilə 42 yaşlı şəxsə daha 10 sutka inzibati həbs cəzası təyin edilib.