-
- 15-08-2023, 15:10
- 300
Bakıda tələbənin 15 yaşlı oğlanı öldürməsinin TƏFƏRRÜATLARI
Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilərək həbs edilən Rəşad Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
News24.az-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən Mehriban Həsənli bildirib ki, həkim işləyr: "Təcili Tibbi Yardımda işləyirəm. Həmin gün bizə çağırış gəldi. Yataqxanaya gəldik, ikinci mərtəbəyə qalxanda otaqda bir nəfərin ağzı üstə yıxıldığını gördüm. Hər yer qan içində idi. Müayinə etdik ki, ölüb".
Təqsirləndirilən şəxsin anası Mahruq Abdullayeva isə deyib ki, hadisə günü günorta saat 12-də oğlu ilə danışıb: "Rəşad dedi ki bezmişəm. Oğlum əsəb pozğunluğundan əziyyət çəkirdi. Ona görə də hərbi xidmətə aparmadılar. Həmin gün axşam isə qəfil zəng elədi ki Ələkbəri bıçaqlamışam. Dedim ki zəng vur təcili yardım çağır. Dedi ki çağırmışam, artıq ölüb".
Proses oktyabrın 10-da davam etdiriləcək.
İttihama görə, bu il fevralın 8-də saat 15.00 radələrində Binəqədi rayonunda yerləşən yataqxanaların birində yaşayan 2007-ci təvəllüdlü Əliəkbər Mərəyevin kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub.
Samir Əli