Rusiya səfirinin qətlinin yeni təfərrüatları AÇIQLANDI
    • 15-08-2023, 16:03
    • 450

Rusiya səfirinin qətlinin yeni təfərrüatları AÇIQLANDI

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı yeni təfərrüatlar üzə çıxıb. 

News24.az xəbər verir ki, Türkiyə polisi qətli törətməkdə şübhəli bilinən şəxsi həbs edib. Saxlanılan şəxsin adı Aişe Sogyutdur. O, üzvləri 2016-cı ilin iyulunda ölkədə hərbi çevriliş cəhdində iştirakda ittiham olunan Türkiyədə fəaliyyəti qadağan edilmiş FETÖ qrupunun üzvüdür.

Saxlanılan şəxsin mənzilindən FETÖ üzvlərinin yazışmaları üçün istifadə etdikləri məlumatların olduğu fləş disk, kodlaşdırmalı mobil telefon, həmçinin müxtəlif nömrəli üç ədəd telefon sim kartı aşkar edilib. Digər məlumata görə, qadının özünün rusiyalı diplomatın qətli ilə heç bir əlaqəsi yoxdur, ancaq bu cinayətdə əli olan şəxsin həyat yoldaşıdır. Bununla belə, Türkiyə polisi ondan həm Rusiya diplomatik missiyasının rəhbərinin qətli, həm də FETÖ-nün iştirak edə biləcəyi digər cinayətlər barədə məlumat almağa ümid edir.

Qeyd edək ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada foto sərgisinin açılışında çıxış edərkən güllələnib. Diplomat ölümündən sonra vətənində Rusiya Qəhrəmanı adına layiq görülüb.

Aynurə