Sudanda 435 uşaq öldü
    • 25-07-2023, 00:54
    • 183

Sudanda 435 uşaq öldü

Sudanın ordusu ilə çevik reaksiya qüvvələri (xüsusi təyinatlıları) arasında gedən döyüşlərdə azı 435 uşaq həlak olub, 2 000-dən çox uşaq isə yaralanıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə toqquşmaların 100-cü günündə Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) məlumat yayıb.

Fondun məlumatına görə, 14 milyona yaxın azyaşlının təcili humanitar yardıma ehtiyacı var.

Bundan əlavə, Fond Sudanda uşaq hüquqlarının kobud şəkildə pozulması ilə bağlı 2 500 hadisə barədə məlumat aldığını bildirib.

Sudan Səhiyyə Nazirliyinin son məlumatına görə, döyüşlər başlayandan indiyədək 3 mindən çox insan ölüb, azı 6 min nəfər yaralanıb.