Laçınlılar vətənə qayıdır - VİDEO
    • 16-08-2023, 10:35
    • 269

Laçınlılar vətənə qayıdır - VİDEO

Daha 58 laçınlı doğma yurduna yola salındı. 16 ailənin doğma yurduna növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 221 ailə, yəni 858 nəfərin daimi məskunlaşması təmin edilib.

Müxbir - Mirzə Hüseynov

Ətraflı RTV-nin təqdimatında: