Əsgər məzarlığındakı bayraqlar cırıldı - VİDEO
    • 16-08-2023, 11:58
    • 276

Əsgər məzarlığındakı bayraqlar cırıldı - VİDEO

Vladivostokdakı qəbiristanlıqda naməlum şəxslər Rusiya Federasiyasının bayraqlarına ziyan vurublar.

News24.az xəbər verir ki, polisin yaydığı görüntülərə görə, həlak olanların məzarları üzərində Rusiya bayraqları kəsilib və ya cırılıb.

Rusiya Federasiyasının Dövlət bayrağının təhqir edilməsi maddəsi ilə cinayət işi başlanıb. Primorye polisi cinayətin açılmasında köməyə görə 200 min rubl mükafat elan edib.

Hadisəni törədən şəxslərin axtarışı davam etdirilir.

Aynurə