Putin NATO-nu ittiham ETDİ
    • 15-08-2023, 12:51
    • 162

Putin NATO-nu ittiham ETDİ

Rusiya prezidenti Vladimir Putin NATO-nun hərbi və qeyri-hərbi vasitələrə əl ataraq potensialını artırmağa davam etdiyini bildirib.

News24.az xəbər verir ki, Rusiya liderinin sözlərinə görə, Şimali Atlantika Alyansı hərbi qarşıdurmanı kosmosa və informasiya məkanına köçürməyə cəhdlər edir.

"Üstəlik, bütün bunlar silahlara nəzarət sisteminin məhv edilməsi fonunda baş verir", - Rusiya Federasiyasının rəhbəri deyib.

Rusiya lideri qeyd edib ki, Rusiya Federasiyasının və NATO-nun müəyyən bölmələrinin rəhbərləri bir-biri ilə ünsiyyət qurur, istənilən böhranlı vəziyyətlə bağlı məsləhətləşmək imkanı da əldə edirlər.

Aynurə