Türkiyə ilə BMT arasında danışıqlar gedir: TAXIL SAZİŞİ..
    • 16-08-2023, 13:29
    • 123

Türkiyə ilə BMT arasında danışıqlar gedir: TAXIL SAZİŞİ..

"Türkiyə BMT və Qərb ölkələri ilə taxıl sazişinin bərpasını müzakirə etməkdə davam edir, lakin konkret qərarlar qəbul edilməyib".

News24.az  bu barədə “RİA Novosti”yə məlumat yayıb.

Nəşr qeyd edir ki, Ankara bu məsələ ilə bağlı Rusiya tərəfi ilə də təmasdadır, müzakirənin təşəbbüskarı isə Qərbdir.

“Bunlar Qərbin, xüsusən də ABŞ-ın təklifləri idi. Hər şey müzakirələr səviyyəsində olsa da, hələlik konkret qərarlar, plan yoxdur. Bütün tərəflərlə iş gedir, biz Rusiya tərəfi ilə daimi təmasdayıq” , - bunu  danışıqlarda iştirak edən şəxslərdən biri deyib.

O  əlavə edib ki, Ankara Qara dəniz taxıl təşəbbüsünün işini bərpa etmək üçün səylərini davam etdirir.

Ayşən