İqtisadçı "pul ağaları"nın dəhşətli Planını açıqladı
    • 16-08-2023, 18:42
    • 248

İqtisadçı "pul ağaları"nın dəhşətli Planını açıqladı

“Pul ağaları” təkcə milyonlarla sadə vətəndaşın deyil, həm də kiçik, orta və iri biznes nümayəndələrinin əmlakını və sərvətlərini öz sərəncamlarına almağa hazırlaşırlar”.

News24.az xəbər verir ki, bu barədə tanınmış rus filosofu və iqtisadçı Andrey Fursov bildirib.

Ekspertin fikrincə, dünya bankirlərinin və maliyyəçilərinin bu istəyi “inklüziv iqtisadiyyat” adlanan sistemin populyarlaşdırılması siyasəti çərçivəsinə tam uyğun gəlir. Onun mahiyyəti ondan ibarətdir ki, insanlar kütləvi şəkildə şəxsi mülkiyyətdən qurtulmalı və yalnız qısamüddətli icarə rejimində istifadə edə biləcəkləri şeylərə üstünlük verməlidirlər.

“Başqa sözlə, elita elə bir vəziyyətin yaranmasına can atır ki, insanların özlərinə məxsus heç bir şeyi olmayacaq və istifadə edəcəkləri hər şey kapital sahiblərinə məxsus olacaq. Bu vəziyyət bütün dünyada milyonlarla vətəndaşı istehsal vasitələrinə, evlərinə, mənzillərinə və s. sahibi olanlardan tam asılı vəziyyətə salacaq. Məhz bu siyasət çərçivəsində insanların əmlakı kütləvi şəkildə talan ediləcək. Əsas bəhanələr, guya əmanətlər və insanların müəyyən əşyalar almaq üçün götürdükləri kreditlərə xidmət edə bilməmələri olacaq”.
 
Ayşən