Polis körpələrin ağzından əmzik qaçıranı AXTARIR
    • 17-08-2023, 20:48
    • 266

Polis körpələrin ağzından əmzik qaçıranı AXTARIR

Britaniyanın Esseks ştatının Harlou şəhərinin polisi körpələrdən əmzik alan serial qaçıran şəxsi axtarışa verib.

Newa24.az bildirir ki, bu barədə "Sky News" xəbər verib.

Fevralın 10-dan avqustun 7-dək bir nəfərin körpələrə yaxınlaşaraq ağızlarından əmzik götürməsi ilə bağlı 4 hadisə qeydə alınıb. Bir hadisədə uşağa hücum edilib.

Şübhəli 20 yaşlarında açıq qəhvəyi gözləri və sarı dişləri olan arıq ağ kişi olaraq təsvir edilir.

Polis bu hadisələri araşdırmağa başlayıb və axtarışda olan şəxsin fotosunu dərc edib.

Arxadan çəkilmiş şəkildə qara kapşonlu və ağ loqolu qara çanta geyinmiş bir kişi əks olunub. Fotoda üz görünmür.

“Bunlar qeyri-adi hadisələrdir və bir valideyn kimi onların nə qədər narahatçı olduğunu başa düşürəm. Bununla belə, Harlou əhalisini əmin etmək istəyirəm ki, bizim bu hadisələri araşdıran müstəntiqlərimiz var. Biz təhlükəsizliyi təmin edəcəyik. Mən sizi gündəlik işinizi davam etdirməyə çağırıram, lakin ayıq-sayıq olun”, - deyə yerli polis sözçüsü Pol Ostin bildirib.

AYLİN