İtkin düşən 84 yaşlı şəxs axtarılır - Foto
    • 14-03-2022, 16:45
    • 1 758

İtkin düşən 84 yaşlı şəxs axtarılır - Foto

Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan 84 yaşlı Hüseynov Yunis İxtiyar oğlu 2020-ci il yanvarın 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb. 

DİN Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, onun yaddaş pozğunluğu olması ehtimal edilir.  

Əlamətləri belədir: Boyu 165 sm., arıq bədən quruluşlu, ağbəniz, qısa ağ saçlı, gözləri qəhvəyi rənglidir. Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi rəngli polver, başında qara papaq, ayağında qara ayaqqabı olub. 

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 210-31-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.