“Neftçi” avrokuboklarla vidalaşdı - VİDEO
    • 17-08-2023, 23:57
    • 223

“Neftçi” avrokuboklarla vidalaşdı - VİDEO

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində cavab oyununu keçirib.

News24.az Report-a istinadən xəbər verir ki, Azərbaycan təmsilçisi İstanbulda Türkiyə klubu “Beşiktaş”ın qonağı olub.

Bakıda gerçəkləşən birinci matçda 1:3 hesabı ilə məğlub olan “Neftçi” gözlənilmədən “Beşiktaş” stadionunda ilk qolu vuran tərəf olub. 36-cı dəqiqədə kapitan Emin Mahmudov hesabı açıb. Bu, komandamızı ümidləndirsə də, üstünlüyü qoruyub saxlamaq mümkün olmayıb.

Ətraflı RTV-nin süjetində: