Bakıda beşmərtəbəli binanın zirzəmisində - YANĞIN
    • 18-08-2023, 08:55
    • 144

Bakıda beşmərtəbəli binanın zirzəmisində - YANĞIN

Bakı şəhərinin Yasamal rayonunda beşmərtəbəli inzibati binanın zirzəmisində yerləşən 1 otağında 6 m² sahədə kağız tullantıları yanıb.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yüksək temperaturdan otağın lambirdən ibarət üzlüyü 2 m² sahədə və 1 ədəd dəzgahın mühərrik hissəsində elektrik kabeli 0,5 p.m əriyib.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.